Yaponiyada yaşlı sakinlərin sayında rekord



 17:01 19.09.2023     334

Yaponiyada 65 və yuxarı yaş olaraq təyin olunan yaşlıların nisbəti rekord səviyyədədir.

Demedia.az xəbər verir ki,  xəbər verir ki, bu qrup əhalinin 29,1 faizini təşkil edir və dünyada ən yüksək göstəricidir.

Yaponiya rəsmiləri  sürətlə aşağı düşən doğum nisbəti və azalan işçi qüvvəsi ilə bağlı hesabatlar dərc edib. Bildirilib ki,  bu rəqəmlər pensiya və səhiyyə üçün maliyyələşdirməyə təsir göstərəcək.

Qeyd edək ki,  Yaponiyada on ildən artıqdır ki, ölüm halları doğumları üstələyir.

Ölkə həm də dünyada gözlənilən ömür uzunluğuna görə birinci yerdədir ki, bu da yaşlı əhalinin sürətlə artmasına səbəb olur. Artan işçi çatışmazlığı ilə mübarizə aparmaq və durğunluqda olan iqtisadiyyatı canlandırmaq ümidi ilə Yaponiya hökuməti son on ildə daha çox yaşlı işçini yenidən işçi qüvvəsinə qoşulmağa təşviq edib. Hazırda Yaponiyada rekord sayda yaşlı işçilər var (9,12 milyon) və onların sayı 19 il ardıcıl olaraq artıb. Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, 65 və daha yuxarı yaşda olan işçilər hazırda milli işçi qüvvəsinin 13 faizindən çoxunu təşkil edir.

Bahadur Seyidov