Şəkər xəstəliyinin 7 vacib əlaməti - Sizi sağaldacaq MÖCÜZƏ BUDUR - Video



 17:31 19.09.2023     648

Özünüzü daim halsız, yorğun hiss edirsiniz? Dəriniz tez-tez qaşınır, sidiyə getməyiniz tezləşib? Əl və ayaqlarınızda uyuşmalar olur?

Ağızda quruluq, kəskin arıqlama yaxud kökəlmə kimi simptomlar müşahidə edirsiniz? Elədirsə, sizə çox vacib məlumat verəcəm. Ekrana yaxın gəlin. Sadaladığım simptomlar el arasında “Şəkər xəstəliyi” kimi tanınan Şəkərli diabet xəstəliyinin ilkin əlamətləri ola bilər. Əksər insan xəstəliyin çarəsini kimyəvi dərmanlarda axtarır. Lakin bu xəstəliyin müalicəsi birbaşa qidalanma bağlıdır. Yəni siz sağalmaq istəyirsinizsə, bəzi yeməkləri qətiyyən yeməməlisiniz.  

Hər şey mədəaltı vəzdən başlayır. Mədəaltı vəz başda insulin olmaqla bir çox hormonları ifraz edir. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Qanda normadan artıq qlyükoza yığıldıqda mədəaltı vəzi insulini ifraz etməyə başlayır ki, bu hormon orqanizmin hüceyrələrinə qlyükozanın çatdırılmasını təmin edir. Əgər mədəaltı vəzinin insulini ifraz edən beta-hüceyrələri dağılmağa başlayarsa, bu insulinin az miqdarlarda ifraz olunmasına səbəb olacaq. Bu halda insanda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az