Biz beynəlxalq səviyyədə tanınmış milli sərhədlərə mütləq hörmət tələb edirik - Duda



 21:27 19.09.2023     285

Polşanın istənilən müharibəyə qarşı mövqeyi birmənalıdır. Biz beynəlxalq səviyyədə tanınmış milli sərhədlərə mütləq hörmət tələb edirik.

Demedia.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda belə açıqlama verib. Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında çıxış edən Anjey Duda bildirib ki, sərhədlərin toxunulmazlığı dünya nizamının əsas prinsipidir.

Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladan Duda, "Müharibə səbəbiylə yüzlərlə, minlərlə insan həyatını itirdi və ya yaralandı. Milyonlarla insan öz ölkələrini tərk etmək məcburiyyətində qaldı, dünyada yüz milyonlarla insan aclıqla üzləşdi.Rusiyanın təcavüzü nəhəng qlobal problemləri daha da böyüdüb” deyə bildirib.

Bahadur Seyidov