Liviya Milli Birlik Hökuməti təbii fəlakətlə bağlı tapşırıq verdi



 21:32 19.09.2023     311

Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkənin şərqində daşqından zərər çəkmiş bölgələrə gedəcək könüllülər üçün pulsuz uçuşlar təşkil etmək və onların səyahətlərini koordinasiya etmək barədə tapşırıq verib.

Demedia.az xəbər verir ki, bu barədə Liviya hökumətinin internet saytında dərc olunan bəyanatda deyilir. Açıqlamaya görə,  baş nazir və Nazirlər Şurasının işləri üzrə dövlət naziri Adil Cuma Əmir məsələ ilə bağlı nəqliyyat naziri Məhəmməd əl-Şahubiyə məktub göndərib. Nazir Əmir məqaləsində qeyd edib ki, baş nazirin göstərişləri Tripoliyə qayıtmaq istəyən bütün xilasetmə və təcili yardım qrupları və fəlakət bölgələrində çalışan könüllülər üçün pulsuz uçuşların planlaşdırılmasını, təşkili və həyata keçirilməsini, eləcə də bütün texniki qüvvələrin yola salınmasının koordinasiyasını nəzərdə tutur.

Bahadur Seyidov