Bayden BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış etdi



 21:45 19.09.2023     305

ABŞ Prezidenti Co Bayden ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılması üçün ciddi məsləhətləşmələr apardığını və islahat üçün üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Demedia.az xəbər verir ki, Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edən Bayden bildirib ki, Birləşmiş Ştatlar bütün insanlar üçün daha təhlükəsiz, daha firavan və daha ədalətli dünya qurmaq istəyir.

"Çünki gələcəyimizin sizin gələcəyinizdən asılı olduğunu bilirik. Bir daha təkrar edim, bilirik ki, bizim gələcəyimiz sizin gələcəyinizdən asılıdır və heç bir xalq təkbaşına bugünkü çətinliklərin öhdəsindən gələ bilməz" – Bayden deyib.

Bahadur Seyidov