Son zamanlar CİNSİ İNFEKSİYANIN artmasının səbəbi nədir? - Video



 09:29 20.09.2023     830

Cinsi yolla keçən infeksiyalar cinsi əlaqə zamanı insandan insana ötürülən infeksiyalara deyilir. Bunlar Cinsi yolla keçən xəstəliklər və ya veneroloji xəstəliklər də adlandırılır.

Bilinən 20 yə yaxın cinsi yolla keçən infeksiyalar vardır. Bu infeksiyaların bir çoxu müalicə oluna bilir.Bir çox cinsi infeksiyanın əlamətləri olmur. Simptomlar olmasa belə cinsi infeksiyası olan biri cinsi əlaqə zamanı infeksiyanı başqasına ötürə bilər . Bu səbəbdən bu infeksiyalara qarşı qorunmaq və mütəmadi olaraq yoxlanılmaq lazımdır. Əgər infeksiya varsa tez bir zamanda müalicə olunmaldır.

Ən çox rast gəlinən cinsi xəstəliklərin əlamətləri 

Kişilərdə:

  • Cinsi orqanda  yanma və ya qaşınma
  • Axıntı
  • Çanaq ətrafında ağrı
  • Penis, anus və ya ağızda yaralar, şişkinliklər
  • Sidiyə çıxma zamanı ağrı
  • Tez-tez sidiyə çıxma istəyi

Qadınlarda cinsi xəstəliklərin əlamətləri

  • Cinsi nahiyədə yanma və ya qaşınma
  • Cinsi nahiyədə axıntı və ya qoxu
  • Çanaq ətrafındakı ağrı
  • Cinsi nahiyədə anormal qanaxma
  • Cinsi əlaqə zamanı ağrı
  • Cinsi nahiyədə  yaralar, şişkinliklər
  • Sidiyə çıxma və ya bağırsaq hərəkətləri zamanı yanma və ağrı
  • Tez -tez tualetə getmək istəyi

Androloq Azər Mirzəyev mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az