Uşaq sahibi olmaq istəyənlər... - Video



 09:44 20.09.2023     567

Doğuşdan olan ürək xəstəliklərinin çoxunun səbəbi bu gün üçün tam olaraq bilinməsə də bəzi amillərin bu xəstəliklərə səbəb ola biləcəyi qəbul edilmişdir.

Sadə izah etmək lazım gələrsə, doğuşdan olan ürək xəstəlikləri uşağın ana bətnindəki inkişafı zamanı ürəyin normal inkişafını başa vurmaması səbəbindən yaranır. Buna təsir edən amillər:  -Ana, ata və ya yaxın qohumlarından birində doğuşdan gələn bir ürək xəstəliyi olması, -Qohum evliliyi, -Hamiləliyin xüsusilə erkən dövründə şüursuz dərman istifadəsi -Hamiləliyin xüsusilə ilk 3 ayında keçirilən infeksiyalar (uşağın məxmərək, CMV, HIV infeksiyası kimi virus infeksiyalarına məruz qalması), -Hamiləlikdə radiasiyaya və ya rentgen şüalarına məruz qalması, -Ananın şəkər xəstəsi olması, -Hamiləlikdə alkoqoldan istifadə edilməsi, -Down (ürək xəstəliyi riski %50), Turner sindromu kimi genetik xəstəliklərin mövcudluğu, -Əl Ayaq, Ağız Xəstəliyi (koksaki).

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az