Rusiyadakı mağazalar “Call of Duty” oyununu satmayacaq



 14:26 20.09.2023     309

Rusiyadakı mağazalar rus personajlarına qarşı zorakılığa görə “Call of Duty” oyununu satmamaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, “M.Video – Eldorado”, “DNS”, “Buka” və “EMSI” pərakəndə satış şirkətləri ən azı oyunun son versiyasını görənə qədər oyunu satmamağa üstünlük verəcəklər.

"Bu oyunda Rusiya vətəndaşlarına qarşı zorakılığın olması ehtimalı çox yüksəkdir. Bu, ölkənin nifrət qanunlarının pozulması kimi qiymətləndirilə bilər" - deyə açıqlamada deyilir.

Rusiya Video Oyunların Distribyutorları və İdxalçıları Assosiasiyasından bildirilib ki, oyunun marketinq kampaniyasında rus personajı cani kimi təsvir edilib.

Bahadur Seyidov