Nyu-Yorkda Zelenskidən Rusiyaya sərt sözlər



 14:48 20.09.2023     298

Ukrayna prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasında etdiyi çıxışında Rusiya qarşı sərt danışıb.

Demedia.az xəbər verir ki, o, Rusiyanın nüvə silahına sahib olmaq hüququna malik olmadığını vurğulayaraq, “Terrorçuların nüvə silahına sahib olmaq hüququ ola bilməz” ifadələrinə yer verib:

 “Rusiya yalnız bizə qarşı deyil, bütün ölkələrə qarşı çox şeydən silah olaraq istifadə edir. Rusiya işğal etdiyi torpaqların bir hissəsinin tanınması müqabilində dünya bazarındakı ərzaq böhranından istifadə edərək, ərzaq məsələsindən silah kimi istifadə etməyə çalışır. Ərzaq, enerji və bir çox başqa şeylərin silah kimi istifadəsinə mane olan heç bir məhdudiyyət yoxdur", - deyə o qeyd edib.

Ukrayna Prezidenti Assemblyada Rusiyanın təkcə Ukraynanı deyil, bir çox ölkəni də parçalamağa və bu ölkələrdə xaos yaratmağa davam etdiyini qeyd edib: "Rusiya hər 10 ildən bir yeni müharibələrə başlayır. Moldova və Gürcüstan ərazilərinin bir hissəsi işğal altındadır. Rusiya Suriyanı xarabalığa çevirdi. Rusiya faktiki olaraq Belarusu “uddu” və Qazaxıstan və Baltikyanı ölkələri təhdid etməkdə davam edir”.

Zelenski  bildirib ki, Rusiyanın taxıl sazişindən çıxmasından sonra Ukrayna taxılını alternativ yollarla Avropa və dünya bazarlarına təqdim etmək istəsə də, Polşa, Macarıstan, Slovakiya və Xorvatiya kimi ölkələr onlara məhuddiyyət tətbiq edib:  “Ukrayna Qara dənizdə müvəqqəti ixrac dəhlizi açıb. Hazırda bəzi avropalılar bu həmrəyliyə xələl gətirir və siyasi teatr yaradır". 

Bahadur Seyidov