İran prezidenti: "Dünya xilaskarını gözləyir"



 15:14 20.09.2023     285

"Dünya xilaskarını gözləyir. Bütün səmavi dinlər bunu vəd edib. Bu xilaskar hazırda mövcuddur və sağdır”.

Demedia.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim  Rəisi   BMT Baş Assambleyasının 78-ci müzakirələrində iştirakçılara müraciətində  deyib:

"Biz inanırıq ki, ilahi iradə və peyğəmbərlərin vəd etdiyi kimi ədalət bütün yer üzündə bütün dünyanı bürüyəcək. Allahın saleh bəndələri isə bütün yer üzündə yaşayacaqlar. Onların yer üzündə hökmranlıqları olacaq.  Agahlıq artdıqca, cəhalət aradan qalxdıqca insanlıq ayağa qalxacaq”.

Qeyd edək ki, Rəisi çıxış edən zaman israilli olduğu iddia edilən şəxs Mahsa Eminin fotosunu  qaldırıb. Həmin şəxs qısa zamandan iclas zalından çıxarılıb.

Bahadur Seyidov