“X” artıq hər kəsdən ödəniş tələb edəcək?



 16:14 20.09.2023     290

“Twitter” kimi tanınan “X” sosial media platformasının bütün istifadəçiləri platformaya giriş üçün pul ödəməli ola bilərlər.

Demedia.az xəbər verir ki,  bu barədə “X” platformasının rəhbəri İlon Mask bildirib.

Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə saxta hesablarla mübarizə aparmağın yeganə yolunun ödəniş sistemindən keçdiyini bildirib: "Biz sistemin istifadəsi üçün kiçik aylıq ödəniş almağa keçirik", - deyə o qeyd edib. 

Lakin şirkət məsələ ilə bağlı təfərrüatlar üçün müraciətlərə cavab verməyib. Bunun sadəcə keçən bir şərh və ya hələ elan edilməmiş yenilik olduğu aydın deyil.

Bahadur Seyidov