12 ildən sonra bir ilk - Bəşər Əsəd Çinə gedir



 18:00 20.09.2023     360

Suriya prezidenti Bəşər Əsədin 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Çinə gedəcəyi bildirilir.

Demedia.az SANA   agentliyinə istinadən  xəbər verir ki,  Suriya prezidenti və xanımı Əsma Əsəd Çin prezidenti Si Cinpinin rəsmi dəvətinə cavab olaraq gələn cümə axşamı Çinə səfər edəcək.

Xəbərdə Əsəd və Cinpinin Suriya-Çin Sammitini təşkil edəcəyi bildirilib.

Qeyd olunub ki, Əsəd və xanımı səfər çərçivəsində Hançjou və Pekində bir sıra görüş və tədbirlərə qatılacaq. Əsədi siyasi və iqtisadi nümayəndə heyəti müşayiət edəcək.

Bildirilib ki, Əsəd bu ayın 23-də Hançjouda keçiriləcək Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çin prezidentinin qonağı olacaq.

Bahadur Seyidov