Özbəkistandan Qarabağ açıqlaması



 18:06 20.09.2023     291

Özbəkistan Senatı sədrinin birinci müavini Sadik Safayev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmini dəstəklədiklərini açıqlayıb.

Demedia.az xəbər verir ki, Azərbaycan ordusunun Qarabağda yerli antiterror fəaliyyəti ilə bağlı açıqlama verən Özbəkistan Sadik Safayev Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, xüsusilə ərazi bütövlüyünün və ədalətin bərpasından məmnunluğunu bildirib:

"Biz Azərbaycanın bütün çətinliklərə baxmayaraq öz ərazi bütövlüyünü bərpa etmək və qorumaq uğrunda apardığı haqlı mübarizəni dəstəkləyir, hökumətin və xalqın qətiyyətini alqışlayırıq” - Sadik Safayev deyib.

Bahadur Seyidov