Rusiyanın Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb



 18:14 20.09.2023     283

Rusiyanın Voronej vilayətində Su-34 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən açıqlama verilib. Açıqlamada, planlaşdırılmış təlim uçuşu zamanı Voronej vilayətində Su-34 qırıcısının qəzaya uğradığı və 2 nəfərlik heyətin katapult ilə xəsarət almadan xilas olduğu bildirilib. Açıqlamada təyyarənin qəsəbədən uzaqda qəzaya uğradığı bildirilib və uçuşun döyüş sursatı olmadan həyata keçirildiyi paylaşılıb.

Açıqlamada, ilkin araşdırmalara görə, sözügedən hadisənin texniki səbəblərdən baş verə biləcəyi bildirilib.

Bahadur Seyidov