QARACİYƏR YAĞLANMASININ ən vacib əlaməti - Buna diqqət! - Video



 10:11 21.09.2023     655

Qarın nahiyəsinin müəyyən, qabarıq formada olması. Özünüzdə bu problemin olub-olmadığını ilk baxışdan bilmək şansınız var. Yuxarıdan aşağıya doğru baxın. Göbək nahiyəniz anormal bir şəkildə irəli çıxıbsa, qaraciyər yağlanmasından şübhələnməyə dəyər.

Qaraciyər yağlanmasının əlamətləri bunlardır: İlk əlamət odur ki, özünü heç bir simptomla biruzə vermir. Təbii ki, bunu əlamət saymamaq da olar. Amma bilməlisiniz ki, insanların çoxunda qaraciyər yağlanması var. “Maşallah, toppuş uşaqdır!” dediyimiz uşaqlar var ha, baxın, həmin o kök uşaqların 30%-də qaraciyər yağlanması müşahidə edilir. Orta yaşa çatmış və ya orta yaşı keçmiş insanlarda isə bu göstərici 40%-dir. Sadəcə, əksəriyyəti bunun heç fərqində də deyildir. Çünki heç bir simptomla üzləşmirlər.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az