Yuxusu olmayanlar və çox yatanlar izləsin - Yuxu dərmanı olarmı? - Video



 10:20 21.09.2023     963

Yuxusuzluq yuxuya getmənizin çətinləşməsi və ya çox erkən oyanaraq yenidən yuxuya gedə bilməməniz kimi halların ümumiləşdirildiyi bir yuxu xəstəliyidir.

Təbii ki belə hallarda insan yuxudan oyandıqdan sonra özünü çox əzgin və yorğun hiss edəcəkdir. Bu çox önəmli bir problemdir. Çünki yuxusuzluq yalnız enerji səviyyənizə və əhvalınıza deyil, həmçinin sağlamlığınıza, işinizə və həyat keyfiyyətinizə də ciddi təsir edib, iş keyfiyyətinizi azalda bilər. Yuxunun müddəti hər kəsdə fərqli olur, ancaq böyüklərin əksəriyyəti gecə yeddi-səkkiz saatlıq bir yuxuya ehtiyac duyurlar. Ümumiyyətlə, yuxusuzluq stressin və ya baş vermiş travmatik bir hadisənin nəticəsidir. Ancaq bəzi insanlarda bir ay və ya daha çox davam edən uzunmüddətli (xroniki) yuxusuzluq halları da görülə bilər. Bu əsas problem ola bilməklə yanaşı, digər tibbi şərtlər və ya dərmanlarla da əlaqəli ola bilir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az