Menopauzaya girən qadın hamilə qala bilər? - Video



 11:02 21.09.2023     638

Klimaks və ya menopauza – insan həyatında fiziolojı dövrdür. Qadında menstruasiyanın (aybaşı) ardıcıl olaraq 12 ay olmamasına deyilir.

Qadınlar dünyaya gəldikdə yumurtalıqlarındakı yumurta sayı aydın olur. Bu yumurtalar döllənmədiyi müddətdə menstruasiya dövründə tək-tək atılırlar. Menopoz zamanı yumurtalıqlarda yumurtaların miqdarı azalır və bədəndə istehsal olunan estrogen hormonu buna görə azalır. Bu müddət davam etdikcə estrogen istehsalı dayanır və yumurtalıqlar daha kiçik olur. Bu vəziyyət nəticəsində menstruasiya tsiklləri kəsilir və qadınların reproduktiv qabiliyyəti yox olur. Edilən araşdırmalar ortalama olaraq menopoz yaşının 46-48 olduğunu göstərir,

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az