“Google map” ölümə səbəb oldu
Şimali Korelina ştatında “Google map” düzgün işləmədəyi üçün sürücünün ölümünə səbəb olduğu bildirilir.
Demedia.az xəbər verir ki, ötən il Hikori kəndində tanımadığı küçəyə girən Filip Paxson “google map”dən istifadə edib.
Ailə iddia edib ki, Filip yolu səhv saldığı üçün xəritə ilə alternativ yol axtarıb. Lakin xəritə onu 2013-cü ildə çökən körpüyə tərəf yönləndirib. Nəticədə Paksonun maşını aşıb və o, hadisə yerində həlak olub.
Ailə “Google” şirkətini məhməyə verib.
Məlumatda həmçinin qeyd edilir ki, sözügedən körpünün çökməsi ilə bağlı uzun müddətdir ki, “Google”a bildiriş göndərilib.
Bahadur Seyidov