İranda baş örtüyünə görə cəzalar artırılır
İran parlamenti qadınların baş örtüyünə dair yeni qanunlar qəbul etməyə hazırlaşır.
Demedia.az xəbər verir ki, yeni qanuna görə, örtükdən istifadə etməyən qadınlar 10 ilədək həbs cəzası ala bilərlər. Əsasnamənin qanuni olması üçün Konstitusiyanı Müdafiə Şurasının təsdiqi lazımdır.
Hicab və İffət Qanunu adlı yeni tənzimləmə dünən İran parlamenti tərəfindən qəbul edilib.
Nizamnaməyə əsasən, İranda qadınlar başlarını örtməli və boş, uzun paltar geyinməlidirlər. Əks halda, yeni tənzimləmə ilə geyim qaydalarına əməl etməyən qadınlar 5 ildən 10 ilədək həbs cəzası ala bilərlər. Bundan əlavə, nizamnaməyə əməl etməyən qadınlar 200 manatdan – 2500 manatadək cərimələnəcək.
Hazırda isə geyim tərzinə əməl etməyən qadınlar maksimum iki ay həbs və ya maksimum 10 dollar cərimələnir.
Bahadur Seyidov