İstanbulda qeydiyyatı olmayan suriyalılar üçün müddət uzadılmayacaq
Türkiyə hökuməti ölkəsindəki suriyalılarla bağlı yeni qayda tətbiq edir.
Demedia.az xəbər verir ki, İmmiqrasiya İdarəsi Müdirliyi 24 sentyabrdan digər vilayətlərdə qeydiyyatda olmalarına baxmayaraq İstanbulu tərk etməyən şəxslərə qarşı tədbirlər görəcəyini bildirib.
Qeyd edilib ki, İstanbul Valiliyinin 28 iyul tarixli açıqlamasında, vilayət xaricində qeydiyyatda olmasına baxmayaraq hazırda İstanbulda olan suriyalı əcnəbilərin geri qayıtmalarının zəruri olduğu qeyd olunub.
Açıqlamada bildirilib ki, suriyalılar qeydiyyatda olduğu yerlərə qayıtmaq üçün İstanbul Miqrasiya İdarəsi Müdirliyinə müraciət etsələr, onlara yol icazəsi veriləcək.
Bahadur Seyidov