Trampın oğlu: “Atam öldü, mən prezidentliyə namizədəm”



 15:28 21.09.2023     383

ABŞ-nin keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın “X” hesabı haker hücumuna məruz qalıb.

Demedia.az xəbər verir ki, hakerin göndərdiyi mesajda “Atam vəfat edib, seçkilərdə namizədəm” yazısı həmin an “X”də  paylaşılıb.  10 milyon izləyicisi olan səhifədə paylaşımlar bir saat müddətində  qalıb.

Bundan sonra Tramp hesabın haker hücumuna məruz qaldığını bildirib.

Bahadur Seyidov