Tibb dünyasında yeni dövr başlayır - Süni intellekt bunu da etdi



 16:01 21.09.2023     421

“Google”un “DeepMind” şirkəti süni intellektdən istifadə etməklə insan DNT-sində xəstəlik törədən genləri aşkarlaya bilən “AlphaMissense” adlı proqram hazırlayıb.

Demedia.az xəbər verir ki, bu dövrün texnologiyasının ən son böyük ixtiralarından biridir.

Belə ki,  “AlphaMissense” adlı proqram DNT kodunda yanlış genetik mutasiyalar (dəyişikliklər) haqqında proqnozlar verir.

 "Science" jurnalında dərc edilən araşdırmada “AlphaMissense” insan zülallarına təsir edə bilən 71 milyon tək hərfli mutasiyaların hamısını qiymətləndirmək üçün istifadə edilib.

Bildirilib ki, “AlphaMissense” adlı süni intellekt proqramının proqnozları nadir xəstəliklərin tədqiqini və diaqnozunu sürətləndirməyə kömək edə bilər.

“Science” jurnalı yazır ki proqram həmçinin əvvəllər xüsusi pozğunluqlarla əlaqəli olmayan mutasiyaları müəyyən edə bilər və həkimləri daha yaxşı müalicələrə istiqamətləndirə bilər.

Bahadur Seyidov