Sahibsiz it uşağa hücum etdi... - ŞOK HADİSƏ



 19:29 21.09.2023     932

Türkiyədə Esenyurtda İkra adlı kiçik qız oynadığı saytın bağçasında sahibsiz itin hücumuna məruz qalıb.

Demedia.az xəbər verir ki, quduz olduğundan şübhələnilən itin hadisə yerindən qaçdığı öyrənilib.

Son günlər İstanbulda sahibsiz it hücumlarına yenisi əlavə edilib. Hadisə ötən gün Esenyurtun Gökevler rayonunda yerləşən ərazidə baş verib. Qadının bəslədiyi sahibsiz it saytın bağçasında oynayan 6 yaşlı İkra Su Eviz adlı qıza hücum edib.

Üzündən və bədəninin müxtəlif yerlərindən xəsarət alan kiçik qız xəstəxanaya aparılıb.

Hadisədən sonra itin hadisə yerindən qaçdığı müəyyən edilib.

Aysun / Demedia.az