Məşhur model illər sonra açıqladı: 16 yaşımda zorla...



 20:01 21.09.2023     979

90-cı illərin məşhur modellərindən olan və Cindy Crawford və Naomi Campbell kimi adlarla 'supermodel' anlayışını yaradan Linda Evangelista, modellik sənayesində uğur qazanmağa çalışan gənc qız kimi yaşadığı kədərli təcrübədən danışıb.

Demedia.az xəbər verir ki, 58 yaşlı məşhur ad "The Super Models" verilişində cəmi 16 yaşında ikən çılpaq şəkildə çəkilmək üçün soyunmağa məcbur edildiyini açıqlayıb:

"Ailəmin 16 yaşımda modellik müqaviləsi ilə Yaponiyaya getməyimə icazə verməsi ironikdir. Məktəbimin təşkil etdiyi xizək gəzintisinə getməyimə icazə vermədilər, amma Yaponiyaya getməyimə icazə verdilər".

Kanadalı model Yaponiyada olarkən bir modellik işi üçün paltarını soyunmağı tələb edəndə bunu çılğın fikir olduğunu deyib:

"Yaponiyaya gedəndə məndən ilk istədikləri çılpaq şəklim oldu. Bütün ölçülərimi götürüb paltarlarımı çıxarmaq istədilər".

Bu hadisədən sonra modellikdən vaz keçmək istədiyini ifadə edən məşhur ad, ilk dəfə Miss Teen-də agentliyinə müqavilə təklif edən menecer John Casablancas ilə tanış olduqdan sonra bu fikrindən vaz keçdiyini də dilə gətirib. 

Linda Evangelista üçün modellik dünyasının zirvəsinə yüksəlişi heç də asan olmasa da, o, bu günə qədər ən uğurlu podium ulduzlarından biri kimi yadda qalıb.

Aysun / Demedia.az