10 il sonra peşman olacaqsınız! - Bu vərdişləri bitirin



 21:34 21.09.2023     1383

Bəzi vərdişlər sağlam olmayan həyat tərzinə səbəb olur. Sadalayacağımız 10 vərdiş gələcəkdə başqa xəstəliklərə tutulma riskinizi artıra bilər.

Demedia.az xəbər verir ki, bu vərdişlərdən ən əhəmiyyətlisi hərəkətsizlikdir. Kifayət qədər hərəkət etməmək başqa xəstəliklərə səbəb olduğu üçün həftədə 3-5 saat sürətlə gəzmək və üzmək kimi fəaliyyətlər edilməlidir.

Çox az və ya çox yeməkdənsə, yediklərinizin sağlamlığınıza təsirini araşdırmalısınız. Bu nöqtədə "nə yeyirsənsə, osan" deyimini də nəzərə ala bilərsiniz. Təzə meyvələr, tərəvəzlər, yağsız ətlər və paxlalılar sağlam qidalanma yolunda ən böyük dəstəkçiləriniz olacaq.

Hərəkətsizlik kimi təhlükəli başqa bir şey də oturmaqdır. Çox uzun oturanda piylənmə, metabolik sindrom, ürək-damar xəstəlikləri və xərçəng riski artır.

Su içmək bədəninizi toksinlərdən təmizləyir və orqanlarınızın daha səmərəli işləməsini təmin edir. Kifayət qədər su içməmək böyrək xəstəliklərindən dəri problemlərinə qədər bir çox problemə səbəb olur.

İctimai həyata sahib olmaq həm təlaşa, yəni hərəkətliliyinizə, həm də ruh sağlamlığınıza xeyirli olacaq. Əgər introvert olduğunuzu bilirsinizsə, yeni insanlarla tanış olmaq və sosiallığa salam deməyin vaxtıdır.

Aysun / Demedia.az