Marketdə şok hadisə: Hər şey lentə alındı
Türkiyənin Bursa bölgəsində mağazada xoşagəlməz anlar yaşanıb.
Demedia.az xəbər verir ki, mağazada çalışan R.S. (23) müştəri kimi gələn Y.G.-nin (48) ətəkli şəklini çəkmək ittihamı ilə nəzarətə alınıb.
Hadisə çərşənbə axşamı Yıldırım rayonunun Akçağlayan rayonunda baş verib. Bir marketə müştəri kimi gələn Y.G. alış-veriş etmək üçün keçidlərə yollanıb. Y.G alış-veriş edərkən işçi R.S mobil telefonu ilə qadının alt paltarının şəklini çəkməyə çalışıb.
R.S-i görən Y.G.-nin şikayəti əsasında hadisə yerinə polis qrupu göndərilib. Polis bölməsində prosedurları başa çatan R.S bu gün ədliyyəyə göndərilib. Digər tərəfdən təcavüz marketin təhlükəsizlik kamerasına da əks olunub.
Aysun / Demedia.az