Quterreşdən çağırış



 23:07 21.09.2023     308

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş cari problemlər fonunda islahatlara ehtiyacın hər zamankindən daha çox olduğunu bildirib.

Demedia.az xəbər verir ki, Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən “Gələcəyin Zirvəsi”ndə çıxış edib. “Ümumi Gündəm” hesabatına toxunan Quterreş bu çərçivədə ölkələr arasında inam və həmrəyliyin yenidən qurulmasına çağırdığını xatırladıb.

Quterreş xatırladıb ki, hesabatda günün siyasi və iqtisadi reallıqlarına uyğun olaraq çoxtərəfli institutlarda islahatların aparılmasının zəruriliyi də qeyd olunub.

Bahadur Seyidov