Rusiya Ukraynadakı diversiya qruplarının təlim mərkəzlərini bombaladı



 23:15 21.09.2023     303

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi sənaye obyektlərini və diversiya qruplarının təlim mərkəzlərini uzaqmənzilli raketlərlə vurduqlarını bildirib.

Demedia.az xəbər verir ki, Müdafiə Nazirliyi Rusiya ordusunun Ukraynadakı hədəflərə qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib. Açıqlamada deyilir ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun təxribat qruplarının hərbi sənaye obyektlərinə, kəşfiyyat mərkəzlərinə və təlim mərkəzlərinə havadan atılan uzaqmənzilli yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Açıqlamaya görə, hücumlar öz məqsədinə çatıb və təyin olunmuş hədəflər məhv edilib.

Bahadur Seyidov