Afinada aksiya keçirildi



 23:20 21.09.2023     312

Yunanıstanın paytaxtı Afinada hökumətin parlamentə təqdim etdiyi yeni əmək qanun layihəsinə cavab olaraq fəhlələr və məmurlar işini dayandırıblar.

Demedia.az xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən edilən çağırışdan sonra paytaxtda bir araya gələn işçilər, məmurlar və tələbələr əmək qanunvericiliyində hökumət tərəfindən nəzərdə tutulan dəyişikliklərə öz narazılıqlarını bildiriblər.

Aksiya səbəbindən bəzi xidmətlər dayandırılıb. Tətil səbəbindən gəmilər limanlarda lövbərdə qalıb.

Bahadur Seyidov