Konqo BMT sülhməramlılarının ölkədən çıxmasını tələb edir



 23:30 21.09.2023     315

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tşisekedi ölkəsindəki Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarını geri çəkməyə çağırıb.

Demedia.az xəbər verir ki, Tşisekedi Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasındakı çıxışında BMT qüvvələrinin ölkədə sülhün bərqərar edilməsi missiyasını yerinə yetirmədiyini bildirib.Sülh üçün BMT qüvvələrinə güvənməyin yanıltıcı olduğunu bildirən prezident Tşisekedinin sözlərinə görə, ölkəsinin öz problemlərinin öhdəsindən özünün gəlməsinin vaxtı çatıb.

Qeyd edək ki, Konqo Demokratik Respublikasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarının ölkədən çıxarılması tələbi ilə nümayişlər keçirilib.

Bahadur Seyidov