Hərbi xidmətdə möhlət kimlərə verilə bilər? - Video



 09:43 22.09.2023     24500

Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, yaxud şəhər çağırış komissiyasının rəyi əsasında verilir.

Bu hallar aşağıdakılardır:

1) ailə vəziyyətinə görə;

2) sağlamlıq vəziyyətinə görə;

3) təhsili davam etdirmək üçün;

4) Milli Məclisə (deputat) və ya bələdiyyəyə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar;

5) deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar;

Qanunda göstərilir ki, yuxarıda sadalanan hallar olmadıqda, 35 yaşına kimi çağırışçılar həqiqi hərbi xidmətə çağrılmalıdır.

 

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az