Kemal Sunalın oğlu ilə bağlı ŞAD XƏBƏR



 19:29 22.09.2023     627

Yeşilçam əfsanəsi Kemal Sunalın oğlu Ali Sunalın 46 yaşı tamam oldu. Gül Sunal oğlunun doğum gününü sosial media hesabında yayımladığı nostalji kadrlarla qeyd edib. Atası kimi aktyorluğu seçən Ali Sunal ad günündə qəzet kəsimi paylaşaraq izləyicilərini illər öncə geri götürüb.

Kamal Sunal 3 iyul 2000-ci ildə "Balalayka" filminin çəkilişləri üçün mindiyi təyyarədə ürək tutması nəticəsində 55 yaşında vəfat edib. Ustad sənətçinin həyat yoldaşı Gül Sunal bu gün 46 yaşı tamam olan oğulları Ali Sunalın ad günündə diqqətçəkən paylaşım edib.

Oğlunun ad gününü İnstaqram hesabında qeyd edən Gül Sunal paylaşdığı nostalji fotoların altına emosional qeyd yazıb.

Ad günü şənliklərini sevirsən, Alim. Albomlardakı fotolara onların bir və iki yaşı olanda baxdım. Sən heç vaxt mənim üçün böyümədin, sən həmişə mənim balamsan. Bu gün bir yerdə ola bilməsək də, sən qayıdanda ad gününü qeyd edəcəyik, əziz balam.

Sosial mediada trend olan paylaşıma ürək emojisi və “Anam” mesajı ilə cavab verən Ali Sunal şəxsi İnstaqram hesabında yumoristik paylaşımı da unutmayıb.

1977-ci ildən "Salako ata oldu" başlıqlı qəzet kəsimi dərc etdirən məşhur aktyor mesajını belə yazıb: "22 sentyabr... Bəli, mən doğulmuşam. Budur, mənim doğulduğumu xəbər verən manşetlərdən biri də budur".

Aysun / Demedia.az