97 yaşlı gimnast: Gənclərin edə bilmədiyini edir



 21:02 22.09.2023     911

Gənclərin etməkdə çətinlik çəkəcəyi gimnastika hərəkətlərini asanlıqla yerinə yetirərək hər kəsi heyran edən Quaas Ginnesin Rekordlar Kitabına düşüb. O, dünyanın ən yaşlı gimnastıdır, 1925-ci ildə anadan olub.

Johanna Quaas 2012-ci ildə İtaliyada yarışaraq Ginnesin Rekordlar kitabını qırdı və böyük uğur qazanmağa davam etdi. Rekorddan əlavə, onun çoxlu medal və sertifikatları var.

Məktəbin fiziki müəllimi Johanna Quaas 9 yaşında gimnastika ilə məşğul olmağa başladığını bildirib. Gənc yaşlarından başlayan bu macəra onu ağlasığmaz zirvələrə apardı. Üstəlik, ailəsinin heç bir idman keçmişi yoxdur.

Ailəsinin gimnastika təcrübəsi olmasa da, hər şəraitdə onun yanında olduqlarını bildirən Quaas, gənc yaşlarında başladığı bu məşğuliyyətdən bir müddət sonra ailəvi səbəblərdən imtina etməli olduğunu da qeyd edir.

İştirak etdiyi çempionat yarışında birinin video çəkməsi sayəsində sosial mediada məşhurlaşan Quaas 86 yaşında milyonlarla insan tərəfindən izlənilib və bəyənilib. Elə həmin il o, "dünyanın ən yaşlı gimnastı" adını qazandı.

Uğurlu gimnastın həyat hekayəsi çoxlarının marağına səbəb olub. Yaşına görə əldə etdiyi uğur hər kəsin marağına səbəb olub. Daha sonra Quaas uğurunun sirlərini açıqlayıb və sağlam qidalanmadan danışıb.

Müvəffəqiyyətin ən əsas sirrinin sağlam və nizamlı bəslənməyə əsaslandığını bildirən Quaas, bol göyərti istehlak edərək həddindən artıq istehlak etməməyə diqqət edir. Ona görə də çox və ya az yemək deyə bir şey yoxdur. Yaxşı olar ki, tələsmədən lazım olan qədər istehlak edəsiniz.

Aysun / Demedia.az