Bayde Zelenski ilə görüşdü, hərbi yardımın həcmini açıqladı
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edib.
Demedia.az xəbər verir ki, Bayden Ukraynaya 325 milyon dollarlıq əlavə hərbi yardım edəcəklərini açıqlayıb.
Görüş zamanı Bayden bildirib ki, Moskvanın müharibəni bitirə biləcəyini, lakin yenə də sülhlə bağlı maneələrin olacağını söyləyib.
Bayden yeni yardım paketinin içindəkilərini də açıqlayıb: "Bu gün mən daha çox artilleriya mərmisi, döyüş sursatı və tank əleyhinə silahların göndərilməsini təsdiqlədim. Bu, ABŞ-nin Ukraynaya təhlükəsizlik yardımının növbəti hissəsidir. Gələn həftə hərbi yardımın ilk partiyası Ukraynaya çatdırılacaq”.
Bahadur Seyidov