Hindistan və Kanada arasında gərginlik artır



 19:20 22.09.2023     298

Hindistan kanadalı  diplomatların ölkəsində  sayının azaldılması ilə  bağlı  qərar verib.

Demedia.az xəbər verir ki,  Hindistan "Kanada diplomatlarının Hindistanın daxili işlərinə qarışmasını" əsas gətirərək bu  addımı  atıb.

Qeyd edək ki, Kanada  Vankuverdə öldürülən Sih lideri Hardeep Singh Nijjarın qətlinin arxasında Hindistan hökumətinin olduğunu bildirilir. Bu məsələ iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Bahadur Seyidov