Bu ölkədə siçanı öldürənlər həbs olunacaq



 14:22 22.09.2023     288

İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib.

Demedia.az xəbər verir ki, yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.

Dəyişikliklə evdə olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün 6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş nəzərdə tutulub.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir.  Buna görə də balıq, siçan, it və ya kərtənkələnin öldürülməsi eyni şəkildə cəzalandırılır.

Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur.

Dəyişiklik həm də o deməkdir ki, evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətləri olsa,   şəxs 3 aydan 12 aya qədər həbs cəzasısı alacaq.

Bahadur Seyidov