İtaliyanın Siciliya adasında meşə yanğınları davam edir



 19:24 22.09.2023     328

İtaliyanın cənubundakı Siciliya adasında meşə yanğınlarının bəzi yerlərdə yaşayış məntəqələrini təhdid etdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Palermo şəhərində başlayan yanğının narahatlıq doğurduğu və bəzi sakinlərin evlərini tərk etməli olduğu bildirilib. Palermo əyalətinin Altofonte, Gratteri, Gibilrossa, Misilmeri, Piana degli Albanesi, Torretta və Prizzi qəsəbələrində yanğınlara müdaxilələrin davam etdiyi bildirilib. Qeyd olunub ki, Qratteridəki ibtidai və orta məktəblərdə yanğınlar səbəbindən tədris dayandırılıb.

Bildirilib ki, yanğınlara qurudan və havadan yanğınsöndürən təyyarələr və könüllülərin köməkliyi ilə müdaxilə edilib.

Bahadur Seyidov