Peskov Ukrayna-Polşa gərginliyindən danışdı



 19:48 22.09.2023     296

Ukraynanın Polşadan sonra digər Avropa ölkələri ilə gərginlik yaşaması qaçınılmazdır.

Demedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov jurnalistlərə açıqlamasında Ukrayna ilə Polşa arasındakı gərgin münasibətlərlə bağlı danışıb.

Polşanın Ukraynaya silah tədarükündən imtina etmək barədə bəyanatları ilə bağlı Peskov, “Varşava ilə Kiyev arasında müəyyən gərginliyin olduğunu görürük. Biz Varşava ilə Kiyev arasında bu gərginliyin artacağını proqnozlaşdırırıq” deyə bildirib.

Bahadur Seyidov