Kim Çen In Rusiya barədə tapşırıq verdi



 19:58 22.09.2023     299

Rusiya ilə münasibətləri daha da gücləndirmək üçün addımlar atılmalıdır.

Demedia.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfərindən sonra iştirak etdiyi iclasda belə deyib. Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin xəbərinə görə, Kim Çen Inın iştirakı ilə Koreya Fəhlə Partiyasının 16-cı siyasi büro iclası keçirilib.

İclasda Kim Çen Inın Rusiyaya rəsmi səfərinin yekunlarına dair hesabat təqdim olunub. Xəbərdə Şimali Koreya-Rusiya münasibətlərini yeni dövrün tələblərinə uyğun olaraq yeni strateji səviyyəyə çıxardığı qeyd edilib.

Bahadur Seyidov