Bayden tədbirdə eyni hekayəni iki dəfə təkrarladı



 20:08 22.09.2023     288

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasının sponsorlarının iştirak etdiyi tədbirdə danışdığı hekayəni bir neçə dəqiqə aradan sonra demək olar ki, sözbəsöz iki dəfə təkrarlayıb.

Demedia.az xəbər verir ki, Nyu-Yorkda özəl iqamətgahda keçirilən tədbirə media nümayəndələri dəvət edilsə video və foto çəkiliş qadağan edilib. Bayden qonaqlara prezident olmağa necə qərar verməsinin hekayəsini danışdı. Barak Obama administrasiyasında vitse-prezidentlik vəzifəsini başa vurduqdan sonra ailəvi səbəblərdən prezidentlik yarışına girməyi planlaşdırmadığını bildirən Bayden, 2017-ci ilin avqustunda Virciniya ştatının Charlottesville şəhərində ifrat sağçıların təşkil etdiyi nümayişin dönüş nöqtəsi olduğunu bildirib.

Bir neçə dəqiqə sonra ABŞ lideri yenidən prezidentliyə namizəd olmaq qərarına necə gəldiyini izah etməyə başlayıb. Bu zaman o əvvəlki sözlərini təkrar edib.

Bahadur Seyidov