ERMƏNİ "CAN AZƏRBAYCAN" DEYƏCƏKMİ? - Yaxud qızıl uclu oxun hikməti



 09:45 25.09.2023     1065

Hardan oxumuşam, yadımda deyil. Rəvayət olunur ki, bir-biriylə müharibəyə hazırlaşan iki ölkənin padşahlarından biri vəzirə tapşırır ki, qoşunda olan oxçuların oxlarının ucunu qızıldan düzəltsinlər.

Vəzir deyir, padişah sağ olsun, axı, bu nəyə lazımdır, izafi xərcdir. Padişah deyir, necə demişəm, elə də edin. Müharibə başlayır, padişah qalib gəlir. Bir müddətdən sonra baxırlar ki, qarşı tərəfdən xeyli əsgər gəlib onun məmləkətində yaşayıb, onun üçün döyüşmək istədiyini bildirir. Padişah deyir: "Görürsən, vəzir, bizim ucu qızıl olan oxlarımızla yaralanıb, sonra həmin qızıllarla özlərini sağaldan düşmən əsgərləridi. Ordumuzun gücü birə-beş artdı".

Açıq deyim, Azərbaycan Dövlətinin erməni əhaliyə qarşı son günlər apardığı humanist addımlarla bağlı yadıma düşdü bu rəvayət. Addımları alqışlayıram, sözüm yox. Ancaq bir məqamı heç vaxt unutmamalıyıq. Azərbaycanın əsrlər tarixi ilə işim yox, son 200 ildə bütün ermənilər, istisnasız olaraq Azərbaycanın haqq işinə dəstək vermək nədi, həmişə mane olublar. Birinci Cümhuriyyət dövründə bu şərəfsizlər Parlamentdən tutmuş, Dövlətin bütün qurumlarında, cəmiyyətdə, bölgələrdə hansı oyunlardan çıxıblar, onu bilməyən yoxdur. Siz bu vaxta qədər bir erməninin Azərbaycan üçün döyüşdüyünü, həlak olduğunu eşidibsinizmi? Yox! Ona görə, döyüşçülərimizi "qızıl uclu ox"la təmin eləsək də, istəsəniz məni dara çəkin, bir erməninin "can Azərbaycan" deyib, bu Dövlət üçün nəsə xeyirxah bir iş görəcəyinə inanmamışam, inanmıram, inanmaram, inanmayacam!

İlham TUMAS