Oynaq ağrısı yerimə məhdudiyyətinə səbəb olub! - Video



 10:01 25.09.2023     641

 

Oynaq ağrısı bir çox xəstəliyin xəbərçisidir. Daha çox yaşlanmış insanlarda müşahidə olunan oynaq ağrıları ümumiyyətlə, qığırdaq gücünün itirilməsi, oynaq mayesinin azalması və ya bitməsi nəticəsində meydana gəlir.

Bu səbəbdən bir çox xəstəliklərdə olduğu kimi, oynaq problemlərində də vaxt itkisi yolverilməzdir. Ağrılar dözülməz hal almazdan lazımlı tədbirlər görülməlidir. Diz oynağının travmalara çox həssas olmasını nəzərə alsaq, bu oynaqda ağrıların tez-tez olması təəccüblü deyil. Oynaq ağrıları xroniki deyilsə, onu evdə də müalicə etmək olar. Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək və çoxlu maye qəbul etmək lazımdır.

Demedia.az  Nadir Hüseynov  "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az