Kişi sonsuzluğu - Müalicə üsulları hansılardır? - Video



 10:41 25.09.2023     756

Sonsuzluq sәbәblәri nәlәrdir, uşaq sahibi olmaq üçün sperm sayı nә qәdәr olmalıdır, sonsuzluq müalicәsi olan bir rahatsızlıqdırmı?

Kişiyə bağlı olan sonsuzluğun bir çox fərqli səbəbləri ola bilər. Genetik problemlər, doğum zamanı yaranan anormallıqlar, hormonal səbəblər, kimyəvi faktorlar, iltihaba bağlı xəstəliklər, varikosel və cərrahi əməliyyatlar sonsuzluq səbəblərinin önündə gəlir.

Qidalanma vərdişləri və həyat tərzi də kişi sonsuzluğunun yaranmasında vacib bir rola sahibdir. Siqaret və spirtli içki qəbulu, əzələ inkişaf etdirən dərmanlar, çox isti şəraitdə və ya kimyəvi maddəyə məruz qalınan iş şərtləri və artıq çəki də sonsuzluğa səbəb ola bilər. Kişi sonsuzluğunun ümumi olaraq hər hansı bir əlaməti yoxdur. Sidiyə çıxarkən yanma və ya axıntı olması ön diaqnoz ola bilər, lakin dəqiqləşdirmək üçün spermoqram testi vermək lazımdır. Sperm testi etdirmədən öncə 3 gün boyunca cinsi pəhriz olmalıdır. Bu müddət ərzində kişi hər hansı bir cinsi münasibət yaşamamalı və masturbasiya yolu ilə boşalmamalıdır. Sperm sayının artması üçün pəhriz müddətini uzatmaq düzgün deyil.

Uroloq, Androloq, Uroonkoloq Rüfət Əsədbəyli mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Uroloq, Androloq,Uroonkoloq Rüfət Əsədbəyli "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az