Orta Asiyalıların sirri: Çaya şəkər yox, yağ əlavə edin!



 20:01 25.09.2023     1041

Dünyada bir çox insan tərəfindən istehlak edilən çay, şəkər əlavə edilərək istehlak edildikdə sağlamlığınız üçün risklər yarada bilər. Ancaq çaya şəkər əvəzinə kərə yağı əlavə etdikdə faydası ikiqat artır.

Bu gün kərə yağı və çay cütlüyünə üstünlük verilməsə də, qədim dövrlərdə bir nömrəli qarışıq idi. Əsrlər boyu istifadə edilən bu üsul çayın həm daha dadlı, həm də sağlam olmasına kömək edir.

Qədimlərin tez-tez istifadə etdiyi bu birləşmənin sağlamlıq üçün çoxlu faydaları var. O qədər ki, kərə yağı çaya əlavə edilən süd tozu, süni tatlandırıcılar və krem ​​kimi maddələrlə müqayisədə çox faydalı seçim ola bilər.

İstifadə etdiyimiz çaya təbii kərə yağı əlavə etmək mədəyi sakitləşdirir. Mütəxəssislər yeməkdən sonra çay içməyin sağlam olmadığını bildirirlər. Ancaq çaya şəkər əvəzinə kərə yağı əlavə etsəniz, yeməkdən sonra rahatlıqla istehlak edə bilərsiniz.

Yeməkdən sonra çay içmək mədədə qida maddələrinin sorulmasını azaldır. Bu da mədə problemlərinə səbəb ola bilər. Əksinə, yağlı çay sorulma problemlərinin qarşısını alır.

İştirak etdiyi proqramlarda şəkər istehlakının zərərlərindən çox danışan Prof. Dr. Canan Karatay da yağlı çayı məsləhət görür. Xüsusilə bağırsaqlara faydalarından danışır.

Çaya əlavə olunan şəkərin davamlı olaraq orqanizmə zərər verdiyini izah edən Canan Karatay “Çaya yağ qoyun” deyərək, qədim zamanlarda bu qarışığın çox istehlak edildiyini qeyd edib.

Canan Karatay Orta Asiyada həvəslə istehlak edilən yağlı çayın qədim tarixindən danışaraq deyib:

"Orta Asiyada və Monqolustanda keçmişdə şəkər olmayanda yağlı çay içilirdi. Mən demirəm ki, yağlı çay iç. Şəkər əvəzinə yağ daha faydalıdır. Şəkərsiz çay və kofe iç. bizi kökəldən və xəstə edən şəkər”.

Aysun / Demedia.az