Dörd nəfərlik avtomobildə 25 uşaq... - VİDEO



 23:48 25.09.2023     992

İçərisində 25 azyaşlı uşaq olan polisin saxladığı avtomobil dünya mətbuatında gündəm olub.

Demedia.az xəbər verir ki, hadisə ilə bağlı araşdırmalar davam edərkən, avtomobili idarə edən gənc qadının uşaq alverçisi olduğu iddia edilib.

Təxminən 35 milyon əhalisi olan Özbəkistanda ortaya çıxan görüntü qısa zamanda həm beynəlxalq mətbuatda, həm də sosial mediada səs-küy yaratdı. Sözügedən hadisə bir müəllim və onun 25 şagirdi ilə bağlı maraqlı hadisənin təfərrüatlarını əhatə edirdi. Ölkənin Buxara şəhərindəki inkişafda polis şübhəli avtomobili saxlayıb. Dörd nəfərlik avtomobildən biri qadın müəllim olmaqla ümumilikdə 26 nəfər düşüb. Həmin anlar kameraya düşərkən, müəllim cərimələnib.

Rəsmi mənbələr tərəfindən yayımlanan videonun davamında ön oturacaqda altı, arxa oturacaqda on altı və baqajda üç uşaq olduğu görülüb. Müəllim uşaqların onun tələbələri olduğunu iddia edərək, onların tez-tez məktəbə birlikdə getdiklərini deyib. İbtidai sinif müəlliminin bu iddialarına baxmayaraq, prokurorluq qadın haqqında araşdırma başlatıb.

Aysun / Demedia.az