Niger Fransa üçün hava məkanını bağladı
Nigerdə hərbi hökumət kommersiya uçuşları da daxil olmaqla hava məkanını Fransaya bağlayıb.
Demedia.az xəbər verir ki, Niger hava sahəsinin “Air France” donanması və Fransanın icarəyə götürdüyü təyyarələr üçün bağlandığı bildirilib.
Afrikanı Avropa ilə birləşdirən ən əhəmiyyətli hava yolu şirkətlərindən biri olan “Air France” həftənin 4 günü Nigerin paytaxtı Niameyə uçuşlar həyata keçirirdi.
Qeyd edək ki, Niger hava məkanı avqustun 6-da bütün kommersiya və mülki uçuşlar üçün bağlayıb və sentyabrın 4-də yenidən açılıb.
Bahadur Seyidov