İran təhdid etdi: “İsraili vuracaq "İsrail vurdu" adlı raketlərimiz var”



 15:42 25.09.2023     291

"Bu gün işğal altındakı əraziləri birbaşa hədəfə alacaq və İsraili vuracaq "İsrail vurdu" adlı raketlərimiz var".

Demedia.az xəbər verir ki,  bunu  İran Müdafiə Nazirliyinin sözçüsü Reza Talae Nik deyib.

Reza Talae Nik İsrailin İrana hərbi təhdid yaratdığını və ölkəsinin İsraili hədəf almaq gücünə malik olduğunu bildirib:

 "Hərbi sistemimizi mövcud təhdidlərə uyğun dizayn etməliyik. Sionist İsrail rejimi də bu təhdidlərdən biridir. Bu gün biz Yaxın Şərqdə müdafiə sahəsində mühüm bir ölkəyə çevrilmişik. İransız heç bir plan yoxdur. Açıq bəyan edirik ki, bu gün bizim İsrailin vurduğu torpaqları hədəfə alacaq və birbaşa İsraili vuracaq "İsrail vurdu" adlı raketlərimiz var. Biz bu adı "Hacı Qasım" raketlərinə vermişik. Birinci prioritet İsraildir".

İran rəsmisi bölgədə heç bir sərhəd dəyişikliyinə icazə verməyəcəklərini qeyd edib:

 "Sərhədlərimizdə geosiyasi dəyişikliklər etmək istəyənlər oldu, amma bunu edə bilmədilər və heç vaxt etməyəcəklər. Biz bunları müəyyən əsaslarla açıq şəkildə bəyan edirik”.  

Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında  İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlərin görülməsini  zəruri  hesab edib.

Bahadur Seyidov