“Pəncə-kilid” əməliyyatı - 605 terrorçu zərərsizləşdirildi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap bölgəsində terrorçu hədəflərə qarşı əməliyyat çərçivəsində indiyədək 605 terrorçunu zərərsizləşdirib.
Demedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Pəncə-kilid” əməliyyatı çərçivəsində terror təşkilatına aid müxtəlif ölçülü 1343 silah və 706 min 650 döyüş sursatı ələ keçirib. Komandolar əməliyyat bölgəsində terrorçuların istifadə etdiyi 670 mağara və sığınacaqları yararsız hala salıb.
Həmçinin terrorçuların bölgəyə yerləşdirdiyi 2284 mina və əldəqayırma partlayıcı da məhv edilib.
Agentliyin məluamtına görə, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Hakurkdan başladıqları "Pəncə" silsiləsi əməliyyatlarını Sinat-Haftanin ilə davam etdirib, daha sonra Metina və Avaşin ilə əməliyyat sahəsi genişləndirilib.
Terrorçular Zap istiqamətində qaçdıqdan sonra Mehmetçik 17 aprel 2022-ci ildə sözügedən bölgəyə qarşı “Pəncə-kilid” əməliyyatı üçün hərəkətə keçib.
İraqın şimalından sərhədlərə doğru həyata keçirilən hücumları "bağlamaq" üçün planlaşdırılan əməliyyat eyni gün genişmiqyaslı hava əməliyyatı ilə başlayıb.
İraqın suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət şəklində həyata keçirilən əməliyyat çərçivəsində komandolar bölgədəki terrorçulara aid mağaraları aşkar edərək istifadəyə yararsız hala gətirib.
Bahadur Seyidov