ABŞ və Çin arasında iqtisadi əlaqələr kəsilsə, nə baş verəcək?
ABŞ-nin keçmiş dövlət katibi Kissincer ABŞ və Çin arasında iqtisadi əlaqələrin kəsilməsi hər iki ölkəyə zərər verəcəyini bildirir.
Demedia.az xəbər verir ki, o bildirib ki, iki ölkə arasında əlaqələrin qıırlması həyat standartlarını aşağı salacaq. Kissincer ABŞ-Çin münasibətlərinin bugünkü dünya nizamının əsas elementi olduğunu və bu iki ölkənin sülh və sabitliyi qorumaq üçün əməkdaşlıq etməli olduğunu müdafiə edib.
Qeyd edək ki, 1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun hökumətlərində Ağ Evin milli təhlükəsizlik müşaviri və dövlət katibi vəzifələrində çalışmış Henri Kissincer Çin və ABŞ arasında diplomatik əlaqələrin qurulmasında mühüm rol oynayıb.
Bahadur Seyidov