Filippindən Çinə etiraz



 17:53 25.09.2023     318

Çinin Sahil Mühafizəsi tərəfindən Cənubi Çin dənizindəki mübahisəli sularda yerləşdirdiyi üzən maneənin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.

Demedia.az xəbər verir ki, bu barədə Filippinin Milli Təhlükəsizlik Müşaviri Eduardo Ano açıqlama verib. O ərazidə maneələr quraşdırmasını pisləyib. O bildirib ki, Filippin Cənubi Çin dənizinin şərqindəki Luzon adasının qarşısındakı "Skarboro rifi"ndə quraşdırılmış 300 metr uzunluğundakı üzən maneəni aradan qaldırmaq üçün lazımi tədbirləri həyata keçirəcək.

Bahadur Seyidov